İran Suriya və Türkiyəyə normallaşma planı TƏQDİM ETDİ
    • 18-09-2023, 12:06
    • 120

İran Suriya və Türkiyəyə normallaşma planı TƏQDİM ETDİ

Dəməşq və Ankara arasında Moskva ilə vasitəçilik edən Tehran rəhbərliyi Türkiyənin qəbul edə bilməyəcəyi bir təkliflə çıxış edib.

News24.az xəbər verir ki,  bu barədə "Haber 7" məlumat yayıb.

İran Ankara-Dəməşq xəttində yumşalma üçün türk əsgərlərinin Suriyanın şimalından çıxarılmasını təklif edib. Bu geri çəkilmə müqabilində Suriya Türkiyəyə qarşı terror təhlükəsinin qarşısını alacaq. İran və Rusiya da bu planın qarantı olacaq.

Türkiyə və Suriyanın bu təklifə necə cavab verdiyi açıqlanmayıb.

Aydan