Netanyahu Ərdoğana təşəkkür etdi
    • 20-09-2023, 15:55
    • 149

Netanyahu Ərdoğana təşəkkür etdi

İsrailin baş naziri Binyamin Netanyahu ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra Netanyahunun ofisindən verilən açıqlamada iki ölkə arasında əlaqələrin gücləndiyi qeyd edilib.

News24.az xəbər verir ki, bu barədə "Hüriyyet" nəşri məlumat yayıb.

Baş nazir görüşün əvvəlində dövlət başçısına bildirib ki, ölkələr arasında əlaqələr möhkəmlənir. İki lider ticarət, iqtisadiyyat və enerji sahələrində İsrail-Türkiyə əlaqələrini inkişaf etdirməyə davam etmək qərarına gəliblər. Liderlər regional və beynəlxalq məsələləri, o cümlədən İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşmanı müzakirə ediblər.

Baş nazir Netanyahu , terror təşkilatlarının İstanbulda israilli turistlərə zərər vermək kimi pis niyyətlərinin qarşısını almaqla insanların həyatını xilas edən təhlükəsizlik orqanları arasında səmərəli əməkdaşlığa görə Prezident Ərdoğana təşəkkür edib.

İki lider qarşılıqlı olaraq bir-birini İsrail və Türkiyəyə səfərə dəvət edərkən, bu səfərlərin tezliklə koordinasiyalı şəkildə baş tutması barədə razılıq əldə ediblər.

Aydan