Snup Doqun İrəvandakı konserti TƏXİRƏ SALINACAQ
    • 20-09-2023, 17:16
    • 290

Snup Doqun İrəvandakı konserti TƏXİRƏ SALINACAQ

Məşhur amerikalı repçi Snup Doqun İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konserti təxirə salınacaq.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

“Rəsmi təsdiqləmə yoxdur, lakin hökumətyönlü media və Telegram kanallarında məlumat yayılıb. “Doping Space”in marketinq əməkdaşı Diana ilə əlaqə saxladıq. Maraqlandıq ki, əvvəlcədən elan olunmuş konsert baş tutacaqmı? Həmsöhbətimiz hazırda məlumat verə bilməyəcəyini, qurumdan daha sonra açıqlama veriləcəyini qeyd edib”, - deyə erməni KİV qeyd edib. 

Nəşr avqustun 11-də Ermənistan hökumətinin Snup Doqun konsertinin təşkili üçün 6 milyon dollardan çox vəsait ayırdığını da yazıb.

Akqabay