"Qarabağ Azərbaycanın tərkib hissəsidir" - Zaxarovadan ermənilərə
    • 20-09-2023, 22:56
    • 365

"Qarabağ Azərbaycanın tərkib hissəsidir" - Zaxarovadan ermənilərə "tərs sillə"

Rusiya XİN rəsmisi Mariya Zaxarova sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi teleqram kanalında yazıb.

"İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, “xoşbəxtliyi” NATO və Aİ-də axtarmağı seçdi. Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir”,-deyə o əlavə edib.