“Qarabağ” Marko Yankoviçlə müqaviləni UZATDI
    • 24-09-2023, 19:37
    • 284

“Qarabağ” Marko Yankoviçlə müqaviləni UZATDI

“Qarabağ” futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib. Klubumuzla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

2022-ci ilin yayından komandamızda çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.