"Bu cəhdlərin Qafqazda qarşısını almaq lazımdır kömək edəcəyik
    • 25-09-2023, 17:08
    • 145

"Bu cəhdlərin Qafqazda qarşısını almaq lazımdır kömək edəcəyik" - PESKOV

“Vasitəçilik potensialı olmayan bəzi üçüncü tərəflərin Qafqazda mövcudluğunu bərqərar etmək üçün boş cəhdlərinin qarşısını almaq çox vacibdir. Bu, vəziyyətin nizamlanmasına kömək etməyəcək”.

News24.az verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, sülhməramlı potensialı olmayan üçüncü tərəflərin Cənubi Qafqazda mövcudluğunu gücləndirmək cəhdlərindən yayınmaq lazımdır.

Peskovun sözlərinə görə, Rusiya üçüncü tərəflərin vasitəçilik səylərini yalnız o zaman alqışlayacaq ki, onlar boş yerə, sadəcə regionda mövcudluqlarını təmin etmək üçün bölgədə yerləşmək istəməyəcəklər.

“Əsas odur ki, vəziyyəti düzəltməyə kömək etsin",- Kreml sözçüsü deyib.

Peskov həmçinin vurğulayıb ki, əgər kimsə gərginliyin səviyyəsinin azaldılmasına kömək edə bilsə və Qarabağın erməni əhalisinin yeni reallığa inteqrasiyasına kömək edə bilərsə, bu, yalnız alqışlana bilər.

“Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır”, - Peskov əlavə edib.

Ayşən