Türkiyə səfirliyindən Anım Günü ilə bağlı PAYLAŞIM
    • 27-09-2023, 13:13
    • 177

Türkiyə səfirliyindən Anım Günü ilə bağlı PAYLAŞIM

Qarabağın azadlığı uğrunda Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı 27 sentyabr - Anım Günündə rəhmətlə yad edirik.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi X hesabında paylaşım edib.

“Fürsətdən istifadə edərək bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”, - paylaşımda qeyd edilib.