İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub
    • 29-09-2023, 19:07
    • 174

İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub

İsveçrə Aİ-nin pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı İrana qarşı yeni sanksiyalarına qoşulub.

News24.az   TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb.

“Federal Şura sentyabrın 29-da Rusiyaya dronların tədarükü ilə bağlı yeni sanksiyaların lehinə qərar verib. İsveçrə, beləliklə, bu yaxınlarda Rusiyanın Ukraynada bu cihazların istifadəsinə cavab olaraq yeni bir sıra tədbirləri təsdiqləyən Avropa İttifaqına qoşulur”, - məlumatda deyilir.