Bakıda bu poliklinika SÖKÜLƏCƏK
    • 3-10-2023, 15:40
    • 288

Bakıda bu poliklinika SÖKÜLƏCƏK

Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində 27 nömrəli poliklinika binası söküləcək.

News24.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, poliklinika binasının yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.

Layihə-smeta sənədlərinin hazırlanması “BİMD” MMC-yə həvalə olunub. Səhiyyə Nazirliyi layihə ilə bağlı şirkətə 132 min manat ödəniş edəcək.