Aİ Ermənistanı tələyə salıb - Zaxarova
    • 4-10-2023, 15:47
    • 193

Aİ Ermənistanı tələyə salıb - Zaxarova

“Avropa İttifaqının Ermənistandakı müşahidəçiləri rəsmi İrəvanı tələyə salıblar”.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, İrəvanı Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları yerinə yetirməkdən çəkindirən Qərb təşkilatları - Aİ olub. 

“Moskva-Bakı-İrəvanın razılaşmalarını həyata keçirməyə ehtiyac yoxdur, amma hər hansı bir xüsusi yolla getməyə dəyər”, - deyə Zaxarova əlavə edib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, Qarabağda baş verən son hadisələr göstərdi ki, Avropa İttifaqı Ermənistana, avropalı müşahidəçilər isə ermənilərə xəyanət edib.

“Son hadisələr açıq şəkildə göstərdi ki, avropalı müşahidəçilər ən pis mövqedən çıxış ediblər, onlar əvvəlcə Ermənistana nəsihət və vədlərlə məşğul olub, sadəcə olaraq, rəsmi İrəvanı başqa tələyə salıblar, sonra isə vəziyyətin necə inkişaf etdiyinin səssiz şahidi olublar”, - deyə o bildirib.

Akqabay