Rusiyadan "Zəngəzur dəhlizi" ilə bağlı MÜHÜM AÇIQLAMA
    • 4-10-2023, 15:55
    • 529

Rusiyadan "Zəngəzur dəhlizi" ilə bağlı MÜHÜM AÇIQLAMA

"Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün “Zəngəzur dəhlizi”i olduqca əhəmiyyətlidir".

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunu bərpa edəcək layihə nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində biz İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş potensialı görürük”, - deyə o bildirib.

Zaxarova vurğulayıb ki, hər şey ölkələrin siyasi iradəsindən və razılaşmalardan asılıdır".

Qumral