Nazir Maksat Babayev ilə görüşdü - FOTO
    • 4-10-2023, 16:01
    • 162

Nazir Maksat Babayev ilə görüşdü - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə görüşüb.

News24.az xəbər verir ki,  bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb.

 “Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.