Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər - Putin
    • 5-10-2023, 21:00
    • 458

Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər - Putin

"Ermənistanda Qarabağın keçmiş funksionerlərini bir o qədər də görmək istəmirlər".

News24.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın prezidenti Vladimir Putin "Valday" forumu çərçivəsindəki plenar iclasda bildirib.

Ona ünvanlanan "Rusiya Azərbaycanın Ruben Vardanyan da daxil olmaqla, Qarabağın keçmiş rəhbərlərinə mərhəmət nümayiş etdirməsində vasitəçi ola bilərmi?" sualına cavab verən Kreml rəhbəri bunları deyib:

"O, bizim vətəndaşlığımzdan imtina edib. Mən Prezident İlham Əliyevlə telefonla danışmışam. O, bu dəfə də dedi ki, Qarabağın erməni sakinlərinin təhlükəsizliyi təmin ediləcək. O ki qaldı keçmiş rəhbərlərə, təfərrüatlara getmədən demək istəyirəm ki, onları Yerevanda görmək istəmirlər. Mən inanıram ki, Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu nəzərə alıb, bu məsələyə humanitar nöqteyi-nəzərdən yanaşacaq".