Zəlzələnin olacağını bir həftə əvvəldən müəyyənləşdirmək olacaq - Əhaliyə ŞAD XƏBƏR
    • 7-10-2023, 10:49
    • 598

Zəlzələnin olacağını bir həftə əvvəldən müəyyənləşdirmək olacaq - Əhaliyə ŞAD XƏBƏR

ABŞ tədqiqatçıları zəlzələləri bir həftə əvvəldən təxmin edə bilən süni intellekt modeli hazırladıqlarını açıqlayıblar.

News24.az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin harada və nə gücdə olacağını təxmin edir.

Hazırlanmış süni intellekt alqoritminin tədqiqat nəticələri Amerika Seysmoloji Cəmiyyətinin Bulletin jurnalında dərc olunub. Nəticələrə görə, tədqiqatçılar alqoritmi yoxlamaq üçün Çində 7 ay sınaqlar aparıblar.

Süni intellekt alqoritminin həftəlik proqnozları 320 kilometr uzaqlıqda zəlzələlərin harada və nə qədər böyük olacağını düzgün proqnozlaşdırıb. Təbii ki, onun səhv etdiyi məqamlar da olub. Məsələn, zəlzələni düzgün proqnozlaşdıra bilməyib və 8 dəfə yalançı həyəcan siqnalı verib.

Qeyd edək ki, sınaq mərhələsi başa çatdıqdan sonra tədqiqatçılar zəlzələlərin yüzdə 70 dəqiqliklə proqnozlaşdırıldığını açıqladılar.