Həbsdə olan baş redaktordan YENİ XƏBƏR
    • 11-10-2023, 13:27
    • 241

Həbsdə olan baş redaktordan YENİ XƏBƏR

“Azadinfo.az” saytının rəhbəri, həbsdə aclıq aksiyasına başlayan  jurnalist Mahir Xəttab (Ələkbərov ) aksiyanı dayandırıb.

Bu barədə News24.az-a jurnalistin qohumları məlumat verib. Bildirilib ki, Mahir Xəttab müəssisə rəhbərliyi ilə görüşdən sonra aksiyanı dayandırmaq qərarı verib. Baş redaktora bildirilib ki, yaxın müddətdə onun qaldırdığı məsələyə baxılacaq və müsbət qərar qəbul olunacaq. 

Xatırladaq ki, M. Xəttab Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Mahir Xəttab Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 

Ali Məhkəmənin qərarı ilə onun cəzası 6 ay azaldılıb.

Baş redaktor artıq cəzasının 3/2 hissəsini çəkib. 

Samir Əli