Siyəzəndə ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
    • Bu gün, 13:26
    • 79

Siyəzəndə ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib

Siyəzən rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması  zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Həmin ərazilər aidiyyatı qrumların iştirakı ilə təmizlənərək dezinfeksiya edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.