HƏMAS-ı dəstəkləyən fəaliyyətlər QADAĞAN EDİLƏCƏK
    • 12-10-2023, 21:16
    • 166

HƏMAS-ı dəstəkləyən fəaliyyətlər QADAĞAN EDİLƏCƏK

Almaniyada HƏMAS-ni dəstəkləyən fəaliyyətlər qadağan ediləcək

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya kansleri Şolts: "Almaniyada İsrail bayraqlarını yandıraraq və qətlləri razılıqla qarşılayaraq HƏMAS-ni dəstəkləyən və ya "tərifləyən” hər kəs cinayət təqibinə məruz qalacaq", – deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları cinayətkarlara qarşı “hüquqi dövlətin ixtiyarında olan bütün vasitələrdən” istifadə edəcəklər.

Kansler Qəzza zolağı ətrafında gərginliyin artmasında İranın rolunu qeyd edib: “İranın dəstəyi olmasaydı, HƏMAS heç vaxt bu görünməmiş hücumu həyata keçirə bilməzdi”.