Sumqayıtda qripə yoluxan 16 yaşlı yeniyetmə ölüb
    • 14-10-2023, 16:34
    • 1 032

Sumqayıtda qripə yoluxan 16 yaşlı yeniyetmə ölüb

Sumqayıtda qripə yoluxan 16 yaşlı yeniyetmə ölüb. 

News.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib. 

Məlumata görə, İ. Sadıqov dünən qripə yoluxub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib. 

Samir Əli