İsrail təyyarələri Livanın hava məkanında GÖRÜLDÜ
    • Bu gün, 18:43
    • 73

İsrail təyyarələri Livanın hava məkanında GÖRÜLDÜ

İsrail ordusuna aid döyüş təyyarələri Hizbullahın baş katibi Həsən Nəsrullahın çıxışından əvvəl Beyrut səmasında alçaqdan uçub.

News24.az xəbər verir ki, döyüş təyyarələri alçaqdan uçduqdan sonra səs maneəsini sındıraraq iki ardıcıl partlama ediblər.

Beyrutun cənubunda Hizbullahın qalası kimi tanınan Dahiyədə bəzi evlərin şüşələrinin sındırıldığı bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə Beyrutdakı vətəndaşların döyüş təyyarələrini çılpaq gözlə gördüyü ifadə edilib.

Məryəm İlhamqızı