-
- 16-10-2023, 14:21
- 450
Bu legionerə təkliflər yağış kimi yağdı, “Qarabağ” hərəkətə keçdi - SON DƏQİQƏ
“Qarabağ” ötən yay sıralarına qatdığı Julio Romaonun müqavilə müddətini uzatmaq niyyətindədir.
News24.az sportinfo-ya istinadla xəbər verir ki, bu barədə Ağdam klubundan redaksiyamıza məlumat daxil olub.
Bildirilib ki, braziliyalı legionerlə anlaşmanı 2 illik uzadılması gündəmdədir.
Hərçənd yarımmüdafiəçinin mövcud kontraktı 2026-cı ilin yayına kimi qüvvədədir. Bəs “köhlən atlılar“ nədən belə narahatdır?
İş ondadır ki. “sambaçı“ avrokuboklarda çıxışı ilə Avropanın bir neçə ölkəsinin aparıcı komandalarının maraq dairəsinə düşüb. Azərbaycan çempionu ona gələn təkliflərin çoxluğundan xəbərdardır.
25 yaşlı cənubi amerikalı peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyada - “Santa Klara”da çıxış edib. Daha əvvəl isə Braziliyada “Paranaense" və “Ponte Preta”nın formasını geyinib.