Şabranda balıqçı dənizdə BOĞULDU
    • 17-10-2023, 21:51
    • 336

Şabranda balıqçı dənizdə BOĞULDU

Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.