Mən eşşək kimi işləyib ailəmi saxlamışam - Vaqif Xaçaturyan
    • 18-10-2023, 11:08
    • 453

Mən eşşək kimi işləyib ailəmi saxlamışam - Vaqif Xaçaturyan

Mən eşşək kimi işləyib ailəmi saxlamışam. 

News24.az-ın məlumatına görə, bunu bu gün keçirilən məhkəmədə Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan deyib. 

O bildirib ki, Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub: "Mən bu yaşa çatmışam, hələ bir nəfərə əlimi vurmamışam. Mən azərbaycanlılarla yaxın olmuşam. Əlimi qoyub and içə bilərəm. Mən tutulmuşam, burdayam, ona görə mənim adımı çəkirlər. Mən eşşək kimi işləyib, ailəmi saxlamışam. Kəndi yandıranlar Ermənistandan və xaricdən gələn muzdlular idi. Mən olmamışam. Kənd sakinlərini güllələyən erməni sahə müvəkkili Alik olub. Meşəliyə hücum edənlər bir gün əvvəllər Xankəndində toplaşdılar. Onlar Armais və onun dəstəsi idi". 

Samir Əli