"Susmaq bu qırğınlara tərəf olmaq deməkdir" - Səlçuq Bayraqdar
    • 20-10-2023, 14:44
    • 183

"Susmaq bu qırğınlara tərəf olmaq deməkdir" - Səlçuq Bayraqdar

"Bəşər tarixinin ən ağır faciələrindən biri Qəzzada baş verir. İsrail qadın və uşaq da daxil olmaqla günahsız dinc əhalini qətlə yetirir. Xəstəxanaları, məktəbləri və ibadət yerlərini bombalayaraq hərbi cinayətlər törədir. Kimliyini soyqırımla mübarizəyə borclu olanlar bu gün soyqırıma əl atmaqla öz haqlarını tələb edirlər".

News24.az xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin icraçı direktoru Səlcuq Bayraqdar öz "Facebook" hesabında video paylaşım edib.

"Beynəlxalq birlik hərəkətə keçməlidir, sülh və ədalət təcili olaraq bərqərar edilməlidir" , - deyən Səlçuq Bayraqdar "Baykar" şirkəti olaraq Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazır olduqlarını bəyan edib.

Səlçuq Bayraqdar bütün bəşəriyyəti Qəzzada törədilən qırğınları dayandırmaq üçün hərəkətə keçməyə dəvət edib: "Susmaq bu qırğınlara tərəf olmaq deməkdir".

Aynurə