Səlcuq Bayraqdarın atası öldü - FOTO
    • 18-10-2021, 14:40
    • 639

Səlcuq Bayraqdarın atası öldü - FOTO

“Baykar” şirkətinin idarə heyətinin rəhbəri Özdəmir Bayraqdar vəfat edib.

News24.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda yer alıb.

Bayraqdar İstanbulda dəfn ediləcək.

Səlcuq Bayraqdar sosial media hesabında atası haqqında bu sözləri yazıb: "Atam, əzizim, dostum, bələdçim, yoldaşım Allahın rəhmətinə qovuşdu. O, qanını, həyatını, sağlamlığını və varlığını millətimizin müstəqillik mübarizəsinə həsr edib. "İnna Lillahi və İnna İlayhi Raciun"
Ondan gəldik, Ona dönəcəyik".

Qeyd edək ki, Özdəmir Bayraqdar Səlcuq Bayraqdarın atasıdır.