Yaponiya Qarabağdakı uğurlarına görə çox sayda “Bayraqdar” almaq istəyir
    • 7-04-2023, 10:15
    • 245

Yaponiya Qarabağdakı uğurlarına görə çox sayda “Bayraqdar” almaq istəyir

Türkiyədə istehsal edilən silahlı dronlara xaricdən tələbat artmaqda davam edir. 

News24.az xəbər verir ki, texnologiya nəhəngi Yaponiya “Bayraqdar TB2” pilotsuz uçuş aparatı (PUA)-nı sınaq məqsədilə istifadə edəcək və testlərdən keçirəcək.

Bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, “Bayraqdar TB2”-nin Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra bu sahədə Yaponiya ordusunun maraq dairəsinə düşüb.

Sınaqlar uğurlu olarsa, Yaponiyanın böyük miqdarda “Bayraqdar TB2” sifariş edəcəyi və bu sahədə “BAYKAR” şirkəti ilə əməkdaşlıq edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro aprelin 1-də BAYKAR-da olub və İdarə Heyətinin sədri Səlcuq Bayraktar ilə görüşüb.