Bakıda məktəbli həyatını faciəvi şəkildə İTİRDİ
    • 20-10-2023, 18:05
    • 359

Bakıda məktəbli həyatını faciəvi şəkildə İTİRDİ

Prokurorluq məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.