Rusiya bu ölkə ilə sərhədyanı əməkdaşlığı dayandırdı
    • 20-10-2023, 23:14
    • 164

Rusiya bu ölkə ilə sərhədyanı əməkdaşlığı dayandırdı

Rusiyanın baş naziri Mixail Mişustin Moskva ilə Helsinki arasında transsərhəd əməkdaşlığın təşviqinə dair sazişin dayandırılması haqqında sərəncam imzalayıb .

News24.az "lenta.ru"ya istinadən xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Bildirilib ki, Rusiya Federasiyası hökuməti ilə Finlandiya Respublikası hökuməti arasında saziş 2012-ci il aprelin 13-də imzalanıb. Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı qarşı tərəfi xəbərdar etmək tapşırılıb.

Leyla SƏMƏNDƏR