-
- 21-10-2023, 15:22
- 363
Xankəndi stadionunda hansı işlər görüləcək?
Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.
News24.az sportinfo-ya istinadən xəbər verir ki, Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni «xunta» rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.
Əldə etdiyimiz son dəqiqə informasiyasına görə, Ağdam təmsilçisinin nümayəndələri hələ də Xankəndindədir və daha 1 gün orada qalmaları planlaşdırılır.
Səfər birbaşa «Qarabağ»la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydan məlumatlıyıq.
Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruz edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir.
Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin «bayrağ»ının rənglərindədir.Hakimlər və paltardəyişmə otaqlarına «əl gəzdirilməlidir».
Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.
XXX
“Qarabağ” rəhbərliyi Xankəndiyə səfər edib.
Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.
Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni “xunta” rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.