İsrail ordusu döyüşləri genişləndirməyə HAZIRLAŞIR- VİDEO
    • 21-10-2023, 16:25
    • 171

İsrail ordusu döyüşləri genişləndirməyə HAZIRLAŞIR- VİDEO

“Döyüşlərin genişlənməsinə hazırlaşırıq”.

News24.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, son bir neçə gündə döyüşün genişləndirilməsi üçün planlar təsdiq edilib: “Əraziyə əlavə qüvvələr yerləşdirilir və onlara əməliyyat planlarına uyğun olaraq təlimlər keçirilir”.

Bildirilib ki, İsrail ordusu müharibənin növbəti mərhələsinə hazırlaşmağa davam edir.

Xatırladaq ki, İsrailin müdafiə naziri Yaov Qallant daha əvvəl ölkəsini ciddi sınaqların gözlədiyini söyləmişdi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.