Xocasəndə uşağı avtomobil vurub
    • 24-10-2023, 08:05
    • 211

Xocasəndə uşağı avtomobil vurub

Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az "Report"a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü L.Y. yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona müştərək travma və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.