Hərbi maşın qəzaya uğradı - 3 əsgər yaralandı
    • 29-10-2023, 17:28
    • 146

Hərbi maşın qəzaya uğradı - 3 əsgər yaralandı

Şanlıurfanın Viranşehir rayonunda Suriya sərhədinə xidmət edən hərbçiləri daşıyan avtomobil aşıb. Qəzada 3 əsgər yaralanıb

News24.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Bölgədəki hərbi maşının aşdığını görən vətəndaşlar vəziyyəti polis və xilasetmə qruplarına bildiriblər.

 Xəbərdarlıq üzərinə hadisə yerinə gələn qruplar 3 əsgəri avtomobildən çıxarda biliblər.

Yaralı əsgərlər Viranşehir Dövlət Xəstəxanasına aparılıb.

 Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ülkər Abdurahmanlı