Kanadanın Ermənistandakı səfirindən Azərbaycana DƏSTƏK
    • 31-10-2023, 15:32
    • 140

Kanadanın Ermənistandakı səfirindən Azərbaycana DƏSTƏK

“Bakıya qarşı sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər”.

News24.az xəbər verir ki, bu sözləri Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin sessiyasında bildirib.

“Sanksiyaların tətbiqi davam edən sülh səylərinə zərbə vura bilər. Biz heç kimin sanksiya yolunu seçdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstəyin mümkünlüyü barədə bəyanatların şahidi olduq. Bu, Azərbaycanı sülh prosesinin irəliləyişinə töhfə verə biləcək planlaşdırılan beynəlxalq görüş və müzakirələrdən imtina etməyə məcbur etdi”, - deyə o qeyd edib.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri  Melani Coli Azərbaycana qarşı mümkün sanksiyalar məsələsinun gündəmdə olduğunu və müzakirə edildiyini açıqlamışdı. 

Akqabay