Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edildi - FOTO
    • 31-10-2023, 17:13
    • 89

Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edildi - FOTO

Nərimanov rayonu Sabit Rəhman küçəsi - Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski - Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti - Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib.

Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub