Xaçatryan girovlara dəhşətli işgəncələr verirdi - VİDEO
    • 1-11-2023, 11:43
    • 366

Xaçatryan girovlara dəhşətli işgəncələr verirdi - VİDEO

Nemətin evinin üstündən rus əsgərləri ilə birlikdə kəndə Vaqif Xaçaturyan atəş açdı. 

News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Nadir Əkbərov deyib. O bildirib ki, Vaqif Xaçatryan rus silahlılarının kəndə gətirib: "Səhər tezdən kəndi pulemyotlarla atəşə gətutdular, gülləbaran elədilər. Əvvəlcə Azərbaycan dilində, sonra rus, sonra isə erməni dilində mikrafonla qışqırdılar ki, kəndi tərk edin. Evimdən çıxanı güllələdilər. Atamı və anamı Vaqif Xaşatryan güllələyib. Bunu tanıyıram, amma münasibətim olmayıb. Messi, Armais, Ermes, Vaqif əsas başçılardan idi. Özlərini millətçi adlandırırdılar. Tutulanda televizorda görən kimi tanıdım bunu".

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Müharibə dövründə Vaqif  UAZ sürürdü. Vitali Balasanyanla girovları dəyişən Vaqif Xaşatryan idi. Ermənilər kəndə girib azərbaycanlıları qırırdı, sonra da Vaqif Xaçatryan gəlib girovlara işgəncə verirdi".

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Samir Əli