"Dövlət mənə 130 min dollar xərcləyib” - - Emin Əmrullayev
    • 1-11-2023, 12:21
    • 452

"Dövlət mənə 130 min dollar xərcləyib” - - Emin Əmrullayev

“Ali təhsil müəssisələrimizin yanaşması ondan ibarətdir ki, sənin maddi gücün nəyə çatır?  O pulu ver, mən də sənə bir ixtisas verərəm”.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu, ciddi məsələdir və bunu qorxmadan müzakirə etməliyik:

“Dünya rəqabətli mütəxəssisi hazırlamaq neçəyə başa gəlir? Əsas sual belə olmalıdır. “Sən mənə pulu ver, mən də sənə diplom verərəm, eybi yox” prinsipi ilə uğur qazanmaq olmur. Bunlar ciddi məsələdir və heç nədən qorxmadan müzakirə etməliyik”.

Nazir əlavə edib ki, hazırda da ali təhsilimizdə fərqliliklər formalaşmağa başlayıb:

“Çox insan ali təhsil almaq istəyir. Son ildə təhsil alanların sayı 3 dəfə artıb. Dövlət də təhsil alanların sayının artmasını istəyir. Ancaq yaxşı mütəxəssis, dünya rəqabətli kadr 1500 manatlıq ixtisasda oxuyaraq formalaşmır. Doğrudur, 1500 manata kompüter mühəndisi ixtisasını oxumaq oxumamaqdan daha yaxşıdır. Ancaq rəqabətə davamlı mütəxəssis istəyiriksə, sərmayə qoymalıyıq. Mənim də xaricdə təhsil almağım üçün dövlət 130 min dollar sərmayə qoyub”.

Qumral