"Qəzzada PUA-lardan istifadə edirik" - ABŞ ETİRAF ETDİ
    • 4-11-2023, 16:26
    • 165

"Qəzzada PUA-lardan istifadə edirik" - ABŞ ETİRAF ETDİ

ABŞ ilk dəfə olaraq Qəzza zolağı üzərində silahsız kəşfiyyat aparatlarından istifadə etdiyini rəsmən təsdiqləyib.

News24.az xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bildirib ki, pilotsuz təyyarələr “girovların azad edilməsi səylərini dəstəkləmək üçün” istifadə olunub.

“Birləşmiş Ştatlar Qəzza zolağı üzərində silahsız pilotsuz uçuşlar həyata keçirir və israilli həmkarımızı girovların geri qaytarılması səylərində dəstəkləmək üçün məsləhət və yardım göstərir”, - deyə məlumatda bildirilir.

“Bu pilotsuz uçuşlar HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra başlayıb”, - Rayder bildirib.

Bu gün səhər saatlarında Qəzza zolağında Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarələrinin göründüyü bildirilib.

Akqabay