-
- 7-11-2023, 16:28
- 142
Pentaqon ABŞ-nin Yaxın Şərqdəki məqsədlərini AÇIQLADI
Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Amerika hərbi departamentinin saytında dərc olunan nəşrdə qeyd olunduğu kimi, mövqelərini möhkəmləndirmək və İsraili qorumaq ABŞ-nin Yaxın Şərqdəki məqsədləridir.
News24.az xəbər verir ki, Rayder açıqlamasında ABŞ-nin regionda dörd hədəfini açıqlayıb.
Pentaqonun mətbuat katibinin sözlərinə görə, Vaşinqtonun prioritetləri ABŞ Silahlı Qüvvələrini və regiondakı Amerika vətəndaşlarını qorumaq, həmçinin İsrail tərəfinə “kritik təhlükəsizlik yardımı” göstərməkdir.
Bundan əlavə, o, Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı İsraillə koordinasiyanı və dövlət və ya qeyri-dövlət aktorlarını Qəzza zolağından kənarda böhranı gücləndirməkdən çəkindirmək üçün bütün regionda güc mövqeyinin gücləndirilməsini qeyd edib.
Ayşən