Zelenski sui-qəsd cəhdindən danışdı: "5-6 dəfə sağ çıxmışam"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibənin başlamasından bu yana prezident Vladimir Putinin ona qarşı sui-qəsd təşkil etmək cəhdlərinin olduğunu iddia edib.
News24.az xəbər verir ki, bu barədə “kanal 24”məlumat yayıb.
“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam. Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVID kimi asan olmağa başladı”.
O, Ukrayna kəşfiyyat xidmətlərinin xəbərdarlığı ilə onu öldürmək üçün ən azı beş-altı sui-qəsddən sağ çıxdığını izah edib
Zelenski bildirib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin, Kreml bu şəraitdən istifadə edib, Balkanlarda problem yaratmağa çalışacaq”.
“ABŞ və Çin birlikdə Rusiyanın Ukrayna ərazisindən çıxmasına dair çağırış etməyənədək bu ölkə hücumlarını davam etdirəcək” ,- deyə o, vurğulayıb.
Ayşən