Nəcməddin Sadıkov İslam ölkələrinin anti-terror hərbi koalisiya mərkəzində olub - FOTO
    • 8-04-2019, 10:25
    • 748

Nəcməddin Sadıkov İslam ölkələrinin anti-terror hərbi koalisiya mərkəzində olub - FOTO

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumta görə, General-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.