"Hərbçilərimiz tezliklə qayıda bilər" - erməni DEPUTAT
    • 8-12-2023, 13:05
    • 101

"Hərbçilərimiz tezliklə qayıda bilər" - erməni DEPUTAT

“2020-ci ilin dekabr ayında Hadrut istiqamətində və müxtəlif vaxtlarda sərhəddə həyata keçirilən antiterror tədbirləri zamanı saxlanılan erməni hərbi qulluqçuları yaxın günlərdə Ermənistana qayıda bilər”.

News24.az xəbər verir ki, Ermənistan açıqlamasında “Mülki müqavilə” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

“Düşünürəm ki, onlar bir neçə günə, hətta saata qayıda bilərlər”.

Onun sözlərinə görə, hərbçilərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər.

“Ümid edirəm ki, tərəflər arasında dünənki razılaşma sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq”.

Ayşən