Messiyə görə millidə qaldı
    • 10-12-2023, 22:35
    • 280

Messiyə görə millidə qaldı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messiyə komandada qalmaq qərarına gəldiyini bildirib.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, bundan əvvəl Skaloni postunu tərk edə biləcəyini bildirmişdi.

Amma o, Messi ilə danışıb və onunla məsləhətləşdikdən sonra millidə qalmaq istəyib.

45 yaşlı mütəxəssis 2017-ci ildə Argentina millisinə köməkçi məşqçi vəzifəsinə təyin olunub. 2018-ci ildən sonra bu yana isə Skaloni millinin baş məşqçisidir.