![Blinken: ABŞ Qəzzada atəşkəsə qarşıdır](/uploads/posts/2023-12/65760e3c583d765760e3c583d8170223570865760e3c583d565760e3c583d6.webp)
-
- 10-12-2023, 23:27
- 212
Blinken: ABŞ Qəzzada atəşkəsə qarşıdır
Amerika Birləşmiş Ştatları Qəzzada atəşkəsə qarşıdır və hesab edir ki, HƏMAS-ı məğlub etmədən bu, problemi yalnız “əbədiləşdirəcək”.
News24.az APA-ya istinadla xəbər verir ki, bunu dekabrın 10-da ABŞ-ın dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində deyib.
“İndi atəşkəsdən söhbət gedəndə, HƏMAS hələ sağ olduğu, hələ də qadir olduğu və 7 oktyabr hücumlarını təkrarlamaq niyyətini bəyan etdiyi zaman bu, sadəcə olaraq problemi uzunmüddətli etdirəcək”, - Blinken bildirib.