-
- 13-12-2023, 15:47
- 393
"Kapital Bank"da yeni TƏYİNATLAR
“Kapital Bank” ASC-ninİdarəHeyətinin qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub.
News24.az xəbər verir ki, bank sektorunda böyük təcrübəyə malik olan Kamal Abdullayev Kapital Bank-ın İdarə Heyətinin üzvü və Baş komplayens inzibatçısı təyin edilib.
Kamal Abdullayev bakalavr təhsilini Qərb Universitetində Beynəlxalq hüquq üzrə alıb. Daha sonra təhsilini Milli Aviasiya Akademiyasında Mühəndis-iqtisadçı ixtisası üzrə davam etdirib. O, magistr təhsilini “IE Business School” da başa vurub.
Peşəkar fəaliyyətinə 2001-ci ildə başlayan Kamal Abdullayev “BP”, “PAŞABank” kimi şirkətlərdə böyük təcrübə qazanıb. O, 2013-cü ildə Kapital Bank komandasına Komplayens departamentinin direktoru olaraq qoşulub. Daha sonra Baş komplayens inzibatçısı, eləcə də Hüquq və komplayens idarəsinin baş direktoru vəzifələrini icra edib.
İdarə Heyətinindaha bir qərarı ilə “Kapital Bank” ASC-nin Bank əməliyyatları ofisinin lideri vəzifəsinə Məhəmməd İbrahimov təyin edilib. O, daha öncə bankın Pərakəndə satış departamentinin direktoru vəzifəsini icra edirdi.
“Kapital Bank” ASC-nin Birbank sahəsinin lideri Zakir Xan-Məmmədov isə yeni qərarla fəaliyyətini ödəniş sistemləri ofisinin lideri kimi davam etdirəcək.
Eyni zamanda Almaz Musayeva bankın Komplayens departamentinin direktoru, Çingiz Səfərli İnformasiya təhlükəsizliyi departamentinin direktoru, Rüstəm Məlikov Mikro məhsulları sahəsinin lideri, Aleksandr Strijkov Müştəri dəyərləri sahəsinin lideri, Naina Şükürova Ödənişlər sahəsinin lideri, Xanım Rüstəmova KOS və Korporativ məhsullar sahəsinin lideri, Nigar Aslanova-Ələsgərli Təşkilati risklərin idarə edilməsi ekspert mərkəzinin lideri, Nihad Hüseynzadə Kredit riskləri ekspert mərkəzinin lideri vəzifəsinə təyin edilib.