Avtobusda cibgirlik edən cəlilabadlı qadın SAXLANILDI
    • 15-12-2023, 10:45
    • 442

Avtobusda cibgirlik edən cəlilabadlı qadın SAXLANILDI

Abşeron Rayon Polis İdarəsinə Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısının, həmin bank kartından isə hesabındakı 310 manatının oğurlanması barədə məlumat daxil olub. 

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.