Kərim Əbdül konsertdə xoşagəlməz hal yaşayıb
    • 17-12-2023, 14:00
    • 163

Kərim Əbdül konsertdə xoşagəlməz hal yaşayıb

Əfasənəvi basketbolçu Kərim Əbdül Cabbar hospitala yerləşdirilib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, onun qabırğası sınıb.

Hadisə Los-Ancelesdə təşkil olunan konsertlərdən birində baş verib. Müvazinətini itirən Kərim Əbdül yıxılıb və zədə alıb. Həkimlərin təxirəsalmaz müdaxiləsindən sonra veteran idmançı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Kərimin nümayəndəsi Debor Morales onun səhhətinin qaydasında olduğunu bildirib.