Xocavənddə DƏHŞƏTLİ OLAY: ÖLƏN VAR
    • 24-12-2023, 10:58
    • 808

Xocavənddə DƏHŞƏTLİ OLAY: ÖLƏN VAR

Xəbər verildiyi kimi, dünən Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində Rahil Ağayevin idarə etdiyi betonvuran maşının aşması nəticəsində sürücü ağır xəsarət alıb, sərnişin Elçin Nəzərov ölüb.

News24.az-ın APA-ya istinadən verdiyi  xəbərə görə, qəzaya düşən hər iki şəxs Biləsuvar rayonunun Nəsimikənd kəndinin sakinləridir.

Hadisə nəticəsində dünyasını dəyişən 1976-cı il təvəllüdlü Elçin Nəzərov sürücünün qaynıdır.

Elçin Nəzərov Rahil Ağayevlə betonvuran maşında çalışıb.


***

23 dekabr saat 11.25

Şuşa yolunda ölümlə nəticələnən yol qəzası olub.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə ötən gün saat 20 radələrində Xocavənd rayonu Böyük Tağlar kəndində qeydə alınıb. Neftçala rayon sakini 45 yaşlı Rahil Ağayevin idarə etdiyi "DAF" markalı beton tökən (pompa) maşını aşıb. Nəticədə onun sərnişini Biləsuvar rayon sakini 47 yaşlı Elçin Nəzərov yerindəcə keçinib. Sürücü isə yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.