“Neftçi”də ŞOK AYRILIQ – Mutunun işinə SON VERİLDİ
    • 24-12-2023, 18:10
    • 326

“Neftçi”də ŞOK AYRILIQ – Mutunun işinə SON VERİLDİ

“Neftçi”nin Müşahidə Şurası (MŞ) toplantı keçirib.

Klubu idarə edən ali qurum cari mövsümün geridə qalan hissəsində əldə olunan nəticələri müzakirəyə çıxarıb və gözlənilən qərarı verib. Buna əsasən, Adrian Mutunun baş məşqçi postundan göndərilməsi lazım bilinib.

İyulda komandanın sükanı arxasına gətirilən və 2 illik müqaviləyə imza atan rumıniyalı hazırda vətənindədir. O, Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”la 1/9 final matçından öncə ölkəsinə yollanıb. Xərçəng xəstəliyindən dünyasını dəyişmiş anasına görə Bakını tərk edən mütəxəssis buradan narazılıqla ayrılıb. (sportinfo.az)