2023-cü ildə sərvətini artıran məşhurlar
    • 30-12-2023, 10:37
    • 296

2023-cü ildə sərvətini artıran məşhurlar

2023-cü ildə sərvətini artıranların adı məlum olub. 

News24.az xarici mətbuata istinadən  xəbər verir ki, "Bloomberg”in məlumatına görə, 2023-cü ildə sərvətlərini artıracaq şəxslərin siyahısı belədir:

Sərvətini artıranların arasında birinci yerdə İlon Maskdır. 

2023-cü ildə sərvətlərini artıran zənginlər açıqlanıb.

Dünyanın ən zəngin insanı olmaq yarışında lüks istehlak malları qrupu LVMH-nin sədri Bernard Arnault-u geridə qoyan Tesla və SpaceX-in baş direktoru İlon Mask 232 milyard dollarlıq sərvətlə 2023-cü ili lider kimi başa vurur. 

Sərvətini 95 milyard dollar artıran Mask 2023-cü ildə sərvətini ən çox artıran milyarder kimi də diqqət çəkir.

"Facebook” və "Instagram” kimi sosial media platformalarını özündə birləşdirən "Meta”nın sahibi Mark Zukerberq 2023-cü ildə sərvətini ən çox artıran ikinci şəxs olub. 

İl ərzində Mask ilə "qəfəs davası" edəcəyi xəbəri ilə də gündəmdə olan Zukerberq hazırda dünyanın 6-cı ən zəngin milyarderidir.

2023-cü ildə Zukerberqin sərvəti 84 milyard dollar artıb. Zukerberqin ümumi sərvəti 129 milyard civarındadır.