Şimali Koreya lideri yumurta istehsalını artırmağı əmr etdi
    • 8-01-2024, 11:01
    • 166

Şimali Koreya lideri yumurta istehsalını artırmağı əmr etdi

Şimali Koreya lideri Kim Çen In yeni quşçuluq təsərrüfatına səfəri zamanı quş əti və toyuq yumurtası istehsalının artırılmasına göstəriş verib. 

News24.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) saytında məlumat verilib .

“İnsanları daha çox toyuq əti və yumurta ilə təmin etmək üçün istehsal gücünü daim artırmaq lazımdır”, - nəşr KXDR liderinin sözlərindən sitat gətirib.