"Roldan-rola girməkdən bezmirsiniz?!"
    • 11-01-2024, 20:52
    • 204

"Roldan-rola girməkdən bezmirsiniz?!"

"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunuzu soxmaqdan nə zaman əl çəkəcəksiniz?"

News24.az xəbər verir ki, bu sözləri Nura Suri sosial media hesabında yazıb: "Niyə öz uşaqlıq travmalarınız və komplekslərinizlə məşğul olub, özünüzü sağaltmaq istəmirsiniz? Roldan-rola girməkdən bezmirsiniz... Daxilən başqa, adam içində başqasınız. Qeyrət və namus adı altında insanlara şər-böhtan atmaqdan çəkinmirsiz? Qeyrəti, namusu olan başqasının əxlaqını, həyatını müzakirə etməz.

Sizdən varlı, yüksək vəzifəli görəndə niyə yaltaqlıq edirsiniz? Özünüzü niyə aldadırsınız? Niyə düşünürsüz ki, etdiyiniz pislikləri heç kəs bilmir, görmür? Niyə insanlara xoş söz deməyə diliniz gəlmir? Niyə paxıllığı içinizdə bəsləyib böyüdürsünüz? Niyə uğurunuzu uğurlu insanların ətrafında olmaqda görürsünüz? Elə indi bu sualların cavabın düşünüb özünüzü dəyişin"./teleqraf.com